Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir
Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.
APA xəbər verir ki, bu barədə "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.