Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 40 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 523,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 % çox vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 51,7 % artıb.