Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
2022-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı açıqlanıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-cı ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829,0 manat təşkil edib.