Azərbaycanda qiymətlər maaşdan daha sürətlə artır – STATİSTİKA KOMİTƏSİ AÇIQLADI
2023-cü ilin yanvar-aprel ayları üzrə məlumata görə, Azərbaycanda qiymətlərin artımı eyni dövrdə maaşların artımı sürətini qabaqlayır.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manata çatıb.