KARAT DA ZƏRƏRLƏ İŞLƏYİB
Ölkədə buğda idxalı və un istehsalı üzrə xüsusi mövqeyə mali olan Karat Holdinq MMC Respublika qəzetinin 8 İyun 2022-ci tarixli sayında ötən il üzrə öz mühasibat balansını dərc edib.
Hesabata əsasən 2021-ci ildə onun satışı 75,9 mln.AZN təşkil edib ki, bu da bundan əvvəlki illə müqayisədə 5,6 mln.AZN azdır. Qeyd edək ki, adıçəkilən Holdinqin 2020-ci ildə satışı 82,5 mln.AZN təşkil edib.