Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək

27 Sentyabr 2022, 14:01
Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək
Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək

 

 

“İşğaldan azad edilən ərazilərimizdə yeni məktəblər tikilir”. 

Oxu.Az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanıldı:

“Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.

O qeyd edib ki, 600-ə yaxın abidə, mədəniyyət ocağı, 1000-ə yaxın təhsil müəssisəsi dağıdılıb:

“Bu istiqamətdə və təhsil sahəsində yeni layihələr həyata keçirilir. Bu günləri bizə qismət edən şanlı ordumuz və ordumuzun şəhid olan mənsublarıdır. Allah şəhidlərə rəhmət eləsin”.