Gələn ilin dövlət büdcəsi-hara, nə qədər xərclənəcək...
Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin layihəsi rəsmi mətbuatda dərc edilib. Sənəddən aydın olur ki, gələn il ölkə xəzinəsinə 30 milyard 720,7 milyon manatın daxil olması, 33 milyard 300 milyon manatın xərclənməsi nəzərdə tutulur. Bu isə büdcə gəlirlərinin 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən 5,2 faiz, büdcə xərclərinin isə 3,1 olacağı deməkdir.