Azərbaycanda 2024-cü ilin sonunadək 100 faiz optik internet şəbəkəsi qurulacaq
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ilin sonunadək çəkiləcək fiberoptik internet şəbəkəsi 800 min nəfəri yüksəksürətli internetlə təmin edəcək.