2022-ci ildə Azərbaycanda maaşın daha yüksək olduğu işlər
2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil etmişdir.
Marja.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil etmişdir.