Azərbaycanda 6 ayda dövlət xəttilə 244 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % artaraq 211,8 milyon manat olub.