Uşağın anadan olmasına görə müavinət artırılır
Dövlət büdcəsində uşağın anadan olmasına görə müavinətə ayrılan vəsait artırılır, dəfn üçün müavinətə ayrılan vəsait isə azaldılır.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “ Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.