Azərbaycan neftinin qiyməti 87 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,69 ABŞ dolları, yaxud 3,17 % artaraq 87,52 ABŞ dolları təşkil edib.
Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,62 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.