Dolların bahalaşması fonunda manat sabit qalacaqmı?
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) dolları bahalaşdırmaqda davam edir. Məlum olduğu kimi adıçəkilən qurum noyabr iclasında bu il ərzində artıq, dördüncü dəfə olaraq uçot faizini 75 baza bənd (0,75%) üzrə artıraraq 3,75-4% aralığına çatdırdı. Buna qədər isə 3-3,25% təşkil edirdi.