ABŞ Fars körfəzi ilə bağlı İrana xəbərdarlıq edib
“Əgər İranla gərginlik artarsa və regionda gəmiçiliklə bağlı rəsmi Tehran tərəfindən təhdidlər aşkar olunarsa, Amerika Birləşmiş Ştatları Fars körfəzi ərazisinə növbəti dəfə əlavə qüvvələr və aktivlər göndərməyə hazırdır”.
“Report”un məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general-leytenant Aleksus Qrinkeviç bəyan edib.