Soyuqlar başlayır: Azərbaycan qışa hazırdırmı? - AÇIQLAMA
Yeni ilin ilk günləri havalar nisbətən isti keçsə də, artıq soyumağa başlayıb. Eləcə də, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi barədə proqnoz verilib.