Dünyanın ən güclü pasportları açıqlandı
Dünyanın ən güclü pasportlarına məxsus ölkələrin adı açıqlanıb.
"Unikal" xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal vətəndaşlıq şirkəti "Arton Capital" tərəfindən yeni Pasport İndeksinin başındadır. BƏƏ vətəndaşları 180 ölkəyə vizasız səyahət edə bilərlər. İlk onluqda Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollandiya və Avstriya diqqət çəkib.