Avropada təbii qazın qiyməti 1 500 dolları ötüb
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarını ötüb.
“APA-Economics” xəbər verir ki, 30 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 526,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 464,3 dollar) ilə müqayisədə 4,3% çoxdur.