Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir - ARAŞDIRMA
Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əvəzediciləri tapılmır.
“Report”un apardığı araşdırma zamanı “Paraferin”, “Panadol”, “Nurofen”, “Lazolvan” şərbətlərinin, “Diazolin” və “Pankreatin” həblərinin, “Taufon” göz damcısının, “Natrium xlorid” infuziya üçün məhlulun, “Depakin xrono” 300 mg, “Depakin xrono” 500 mg həblərinin apteklərdə satışda olmadığı aşkarlanıb.