Şuşa-Laçın yolundakı aksiya hansı halda dayandırıla bilər?
Xarici işlər naziri Ceyhun Bayramov Şuşa-Laçın yolunda aksiyanın hansı halda dayandırıla biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir qeyd edib ki, Azərbaycanın mövqeyi dəfələrlə diqqətə çatdırılıb: “Azərbaycan tərəfinin və oradakı fəalların tələbi ondan ibarətdir ki, Azərbaycanın dövlət orqanlarının həmin yataqlara getmək, monitorinq etmək imkanı olmalıdır.