Əflatun Amaşov Mətbuat Şurasından gedir
Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Əflatun Amaşov bununla bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.