Dünya ölkələri «ərzaq qapılarını» bağlayırlar - AZƏRBAYCAN DA EHTİYAT TƏDBİRLƏRİ GÖRÜR
Dünya yeni ərzaq imtahanı qarşısındadır. Son iki ildə baş verən proseslər, hazırda da davam edən münaqişələr və iqlim dəyişikliyi, heç kimin gözləmədiyi halda – 21-ci əsrin əvvəlində planetdə ərzaq təhlükəsi yaradıb. Problemin yaranmasının səbəbləri müxtəlif olsa da, nəticələri demək olan ki, bütün ölkələr üçün eynidir.