Mask yenidən dünyanın ən varlı adamları siyahısına başçılıq edir
Amerikalı sahibkar və ixtiraçı İlon Mask dünyanın beş yüz ən varlı adamının reytinqinə başçılıq edir.
“Report”un “Bloomberg”ə istinadən məlumatına görə, milyarderin sərvəti 234 milyard ABŞ dollarıdır.
Bu statistikaya görə, 2023-cü ilin birinci yarısında Maskın sərvəti 96,6 milyard dollar artıb.