Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu – SİYAHI
2022-ci ilin may ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.