Vatsapda statuslarla bağlı yeni funksiya
Vatsap Android üçün buraxılmış beta versiyasında “Haqqında” bölməsində vaxt təyin edilmiş status funksiyasını sınaqdan keçirməyə başlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə profil təsvirinə vaxt əlavə etməyə imkan verir. Bununla da təyin edilmiş müddət bitən kimi həmin status avtomatik silinəcək.