Azərbaycanda neftin hasilatı və ixracı – GETDİKCƏ AZALIR - RƏQƏMLƏR
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu ötən ilin eyni dövrünə nisbətən 1,6 milyon ton və ya 5,6% azdır. Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,8 milyon ton neft çıxarılmışdı.