Bakıda temperatur iqlim normasından 3 dərəcə aşağı olub - FAKTİKİ HAVA
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Qar örtüyünün hündürlüyü Altıağacda 11 sm, Daşkəsəndə 9 sm, Şəkidə 8 sm, Göygöldə 5 sm, Qax, Lerikdə 4 sm, Qubada 3 sm, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2 sm, Yardımlı, Qobustanda 1 sm olub.