Tramp qanunsuz miqrantları ABŞ-nin sosial problemlərinin əsas səbəbi adlandırıb
ABŞ Prezidenti Donald Tramp miqrantların ölkədəki sosial problemlərin əsas faktoru olduğunu bəyan edib.
"Report"un məlumatına görə, o, "Truth Social"dakı paylaşımında hazırkı miqrasiya vəziyyətini sosial dəstək sisteminin yükünün artmasında, dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsində və büdcə kəsirində günahlandırıb.