Ətin qiymətini artıran səbəblər - Çıxış yolu nədir?
"Ət sevən millət olduğumuz üçün qiymət artsa da, ətə olan tələbat azalmır. Dükanımızda ay ərzində təxminən 15 ton ət satırıq”. Bu sözlər qəssab Sərxan İmanova məxsusdur. Azərbaycanın bu ilin yanvar və sentyabr aylarında 41,4 min ton ət idxal etməsinin böyük rəqəm olmadığını düşünür: "Bütün ölkə üzrə 41 min ton ət idxalı çox deyil. Əgər idxal olmasa, ölkədə ətə olan tələbat qarşılana bilməz.