Əhalinin sayı açıqlandı
2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu ilin yanvar ayının 1-i vəziyyətinə 10127145*) nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.