Neft Fondunun AÇG üzrə gəlirləri 27%-dək azalıb
Bu ilin yanvar-iyul aylarında (01.01.2023-01.08.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 158 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 26,8% azdır.
ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin eyni dövründə sözügedən göstərici 5 683 mln. ABŞ dolları. səviyyəsində olub.