2024-cü ilin sonuna qədər bölgələrdə internetə rahatlıqla çıxış təmin ediləcək

28 Sentyabr 2022, 12:28
2024-cü ilin sonuna qədər bölgələrdə internetə rahatlıqla çıxış təmin ediləcək
2024-cü ilin sonuna qədər bölgələrdə internetə rahatlıqla çıxış təmin ediləcək

 

 

2024-cü ilin sonuna qədər Azərbaycanın bölgələrində internetə rahatlıqla çıxış təmin ediləcək.

APA xəbər verir ki, bunu “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov deyib.

, “EaPEC 2022” konfransının elmi-texniki kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

"Bu ilin sonuna kimi Azərbaycanın bölgələrində sürətli internetə çıxışın təmin edilməsi üçün ortaq layihəmizin əsas hissəsi yekunlaşacaq. 2024-cü ilin sonuna kimi isə bu proses tam yekunlaşacaq. Ən azı ucqar bölgələrdə yaşayan 80 faiz tələbə artıq rəqəmsal infrastrukturdan yararlana biləcək".

O əlavə edib ki, bu prosesə Azərbaycanda bu sahədə fəaliyyət göstərən özəl sektor və Azərbaycan Milli Elmlər Akademiyası da cəlb olunacaq.