Gömrük rüsumlarının Azərbaycanda qiymət artımlarına təsiri və imkanlar İQTISADIYYAT - MAKROIQTISADIYYAT
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətlər 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13.4 faiz bahalaşıb. Hazırda ölkədə qeydə alınan inflyasiya göstəriciləri, hətta, il ərzində iki dəfə devalivasiya yaşandığı və milli valyutanın iki dəfə dəyər itirdiyi 2015-ci ildən sonrakı dövrlə müqayisədə belə yüksəkdir.