Azərbaycan Zərgərlər Assosiasiyası: Qızılın 1 unsiyasının qiyməti 5 500 dolları keçə bilər
Yaxın Şərq regionunda hərbi gərginliyin daha da dərinləşməsi və eskalasiyanın davamlı xarakter alması halında yaxın mərhələdə qızılın 1 unsiyasının qiyməti 5 500 ABŞ dollarını keçə bilər.
Bunu “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.