Bakıda orta maaş 700 dollara yaxınlaşıb – YENİ MƏBLƏĞ
2023-cü ilin nəticələrinə görə, Bakı şəhərində orta aylıq əmək haqqı 1183 manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Bakı şəhər statistika idarəsi məlumat açıqlayıb. Məlumata görə, 2023-cü ildə paytaxtda əməkhaqları 103 manat və ya 9,6% artıb.
Xatırladaq ki, 2022-ci ilin sonunda orta aylıq əmək haqqı 1080 manat idi.