2023-cü il üçün icmal büdcənin gəlir və xərcləri artırılır
“Dəyişiklik edildiyi halda da 2023-cü ilin dövlət büdcənin gəlirləri 30,721 milyard manat, xərcləri 33, 300 milyard manat, kəsri isə 2,579 milyard manat məbləğində qalacaq”.“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.