ABŞ Ukraynaya yeni 1 milyardlıq hərbi yardım ayıracaq

28 Sentyabr 2022, 12:24
ABŞ Ukraynaya yeni 1 milyardlıq hərbi yardım ayıracaq
ABŞ Ukraynaya yeni 1 milyardlıq hərbi yardım ayıracaq

 

 

ABŞ Ukraynaya 1,1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın rəsmi mənbələrinə istinadən “Reuters” agentliyi yayıb. 

Agentlik yazır ki, ABŞ Ukraynanın Rusiya nəzarətində olan ərazilərində keçirilən “referendum”ların nəticələrini gözləyir və öz qərarı barədə məlumatı yaxın zamanlarda elan edəcək.

Xatırladaq ki, sentyabrın 23-ü “Luqansk və Donetsk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətlərində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” başlayıb. Səsvermə sentyabrın 27-nə qədər davam edib.