Nazir: "Dünya Bankı ilə əməkdaşlığımızın ən önəmli mərhələsi işğaldan azad olunan ərazilərlə bağlıdır"
Azərbaycanın Dünya Bankı ilə 5 prioritet üzrə işləməsi nəzərdə tutulur ki, onlardan ən önəmlisi işğaldan azad olunan ərazilərə böyük qayıdışla bağlıdır.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.