Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə abidə ucaldıldı

27 Sentyabr 2022, 14:04
Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə abidə ucaldıldı
Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə abidə ucaldıldı

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə abidə ucaldılıb.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.

 

Abidən üzərində yazılıb: “Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri”.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.