Türkiyənin dövlət bankları "Mir" sistemindən çıxır

28 Sentyabr 2022, 12:46
Türkiyənin dövlət bankları "Mir" sistemindən çıxır
Türkiyənin dövlət bankları "Mir" sistemindən çıxır

 

Türkiyənin dövlət bankları “Mir” ödəniş sistemindən istifadə etməkdən imtina ediblər. Banklar Rusiyanın “Mir” ödəmə sistemindən çıxırlar.

 

ABŞ-ın sanksiya xəbərdarlığından sonra Türkiyədəki dövlət bankları Rusiyanın “Mir” ödəniş sistemi ilə xidmət göstərməyi dayandırıblar.

Marja xəbər verir ki, Ziraat Bank, Halkbank və Vakıfbank Mir ödəniş sistemindən çıxmaq qərarına gəliblər.

Sentyabrın 19-da, İş Bankası və Denizbank Rusiyanın Mir ödəmə sistemi üzrə xidmətlərini dayandırdığını açıqlayıb.

Mir, Rusiya Mərkəzi Bankı tərəfindən Visa və Mastercard-a alternativ olaraq hazırlanmışdır.