Bakı metrosunda 20-ci yeni nəsil qatarı xəttə buraxılıb
“Bakı Metropoliteni” QSC 20-ci yeni nəsil qatarı xəttə buraxıb.
Bu barədə “Report”a qurumdan məlumat verilib.
Bildirilir ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Bununla da vaqon parkında ən son nəsil vaqonların sayı 115-ə, yaxud qatarların sayı 23-ə çatdırılacaq.