Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcək.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan bu gün keçirilən brifinqdə açıqlayıb.
“Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib.