İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb
Tehran rejiminin sərt cəza tədbirlərinə, qanunsuzluqlarına, hüquq-mühafizə orqanlarının zorakılıqlarına baxmayaraq, İranda etiraz aksiyaları davam edir.
“Report” xəbər verir ki, yürüş və mitinqlər əsasən Təbriz, Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Ərdəbil, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə keçirilir.