ƏDV qaytaran xidmət və məhsullar - Araşdırma
Son bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri alınmasıdır. Təsadüfi deyil ki, ən son məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “www.edvgerial.az” portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb.