Türkiyədə prezident seçkiləri daha tez keçirilə bilər
Türkiyədə prezident seçkiləri daha tez tarixdə keçirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyə Nazirlər Kabinetinin iclası zamanı bildirilib.
Vurğulanıb ki, prezident seçkilərinin daha tez tarixdə keçirilməsi məsələsi müzakirə olunacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.