Azərbaycana ən çox hansı xarici ölkələr birbaşa investisiya yatırıb?
2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 6,276 milyard ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 30,9 % çoxdur.
Hesabat dövründə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 71 % olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 faiz bəndi azdır.