İnflyasiya faizi 13,5-dir, yoxsa daha çox? Bizi nələr gözləyir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir fikir səsləndirilib ki, inflyasiya rəqəmləri statistikada olduğundan daha yüksəkdir. Süni qiymət artımına toxunularaq vurğulanıb ki, inflyasiyanın 13,9 faiz olduğunu deyirik, amma statistikaya baxırıq ki, təkcə dərman vasitələrində bu rəqəm 40 faizdir.