FHN-dən gözlənilən hava ilə bağlı əhaliyə - MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 22-dən 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.