TASS informasiya agentliyi xəbər verir ki, hesabata görə, ABŞ və Rusiya əsas ixracatçı olaraq qalır, halbuki Rusiyada silah satışının həcmi əvvəlki beşillik dövrlə müqayisədə 31 faiz azalıb.
Kür çayı sularının böyük bir hissəsi üzərində tikiləcək Beşikkaya SES bəndi vasitəsilə Çoruh çayına, oradan da Qara dənizə axıdılacaq.
"Bu günə qədər Azərbaycanın rəmzinə çevrilən küçə yeməyi, yəni "street food"u yoxdur". FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib.
"Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur". Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Uniprice” Qiymətləndirmə və Ekspertiza Mərkəzi Azərbaycan daşınmaz əmlak bazarındakı mövcud vəziyyəti təhlil edib. Təhlildə qeyd edilib ki, son günlər Azərbaycan daşınmaz əmlak bazarında mənzillərin satış qiymətində bahalaşma müşahidə olunur.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
2035-ci ildə insanların artıq çəki və piylənmə problemləri ilə bağlı Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Xəbər verdiyimiz kimi, Ombudsman Səbinə Əliyeva martın 7-si “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi ilə Milli Məclisdə çıxış edib. "Qafqazinfo" Ombudsmanın illik məruzəsində yer alan mühüm məsələləri təqdim edir:
Martın 4-də Bakıda “Bravo” hipermarketinə edilmiş basqın zamanı silahlı şəxslərin apardığı pulun məbləği məlum olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib.
Xəbər verdiyimiz kimi, Tbilisidə martın 7-8-i parlamentin qarşısında “xarici agentlər” haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyası keçirilib. 133 nəfərin saxlanıldığı aksiyada 5 mindən 10 minə qədər etirazçının iştirak etdiyi bildirilir.
8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günü hesab edilir. Bakı metropoliteni xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.