Əhalinin gəlirləri 15%, ərzaq qiymətləri isə 17% artıb - RƏSMİ
Marja Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq malları üzrə 12 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.