Bloomberg: Rusiyanın “Mir” ödəniş sistemi iflasa uğrayıb

23 Noyabr 2022, 6:54
Bloomberg: Rusiyanın “Mir” ödəniş sistemi iflasa uğrayıb
Bloomberg: Rusiyanın “Mir” ödəniş sistemi iflasa uğrayıb

 

Doqquz ölkədən altısının “Mir” ödəniş sisteminə xidmətdən imtina etməsi Rusiyanın iqtisadi sanksiyalar qarşısında “Visa” və “Mastercard”a öz alternativini yaratmaq istəyini iflasa uğradıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərdiyi doqquz ölkədən altısında banklar ABŞ-ın sanksiyaları təhlükəsi fonunda onu dəstəkləməkdən imtina ediblər.

Nəşr bildirib ki, hazırkı vəziyyəti “çökmə” və Rusiyanın maliyyə izolyasiyası şəraitində “Visa” və “Mastercard”a öz alternativini yaratmaq cəhdinin uğursuzluğu adlandırmaq olar.

Agentliyin analitikləri qeyd ediblər ki, Rusiya Mərkəzi Bankını hətta “dost” ölkələrdən belə “Mir”dən istifadə etməkdən imtina etməsi təəccübləndirib. Ona görə də Mərkəzi Bank bu sistemə alternativ axtarmağa başlayıb.